Ukraynanın Azərbaycandakı səfirliyi uşaqlar üçün yardım toplayıb
Ukraynanın Azərbaycandakı səfirliyi Beynəlxalq Xeyriyyə Günü münasibətilə müharibədən zərər çəkmiş ukraynalı uşaqlar üçün yardım kampaniyası təşkil edib.
Ajans.az xəbər verir ki,bu barədə səfir Yuri Qusev özünün Facebook səhifəsində paylaşım edib.
Diplomatın sözlərinə görə, avqust ayı ərzində Ukraynaya göndərilmək üçün isti geyimlər, ayaqqabılar və məktəb ləvazimatları toplanıb, çeşidlənib və yola salınmağa hazırlanıb.
“Bu ləvazimatlar Sumi Uşaqların Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin şagirdlərinə, həmçinin Baxmut, Pokrovsk, Mirqorod, Xerson və Su vilayətlərindən olan məcburi köçkün ailələrin uşaqlarına çatdırılacaq”, – deyə səfir bildirib.
Yuri Qusev təşəbbüsə qoşulan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, toplanan bütün yardımlar yaxın günlərdə Ukraynaya göndəriləcək.
“Biz birlikdə xeyirxah işlər görür və yardıma ən çox ehtiyacı olanlara kömək edirik”, – deyə səfir əlavə edib.
Mövzular: