Biləsuvarda bədbəxt hadisə: 17 yaşlı yeniyetmə kanalda boğuldu
Biləsuvarda bədbəxt hadisə baş verib.
Ajans.az Oxu.az-a istinadən xəbər verir ki,xəbər verir ki, Biləsuvarın Nərimankənd kəndinin sakini, 2008-ci il təvəllüdlü İqbal Quluzadə kənd ərazisindən keçən Cənub Muğan kanalının üzərində yerləşən körpüdə olan zaman çaya düşərək boğulub.
Onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: