Reklam resmi
Reklam resmi

Qızıl-zinət əşyalarının Azərbaycandan qanunsuz çıxarılmasının qarşısı alınıb

Qızıl-zinət əşyalarının Azərbaycandan qanunsuz çıxarılmasının qarşısı alınıb
Hadisə

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Bu barədə Ajans.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Qızıl-zinət əşyaları Hava Nəqliyyatı

Digər Xəbərlər