Reklam resmi
Reklam resmi

Yevlaxda hərbçilər qəzaya düşdü

Yevlaxda hərbçilər qəzaya düşdü
Gündəm
1200

Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb. Əldə edilən ilkin məlumata görə, hadisə zamanı "Mercedes-Benz", "Opel", iki VAZ markalı və daha bir avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Qəza zamanı xəsarət alanın olub-olmadığı dəqiqləşdirilir.

Qəzaya düşən maşınlardan birində hərbçilər olub.

Faktla bağlı araşdırma başlanıb.

Digər Xəbərlər