Reklam resmi
Reklam resmi

Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi

Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi
Cəmiyyət

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub.

 Ajans.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə müəssisəyə rəhbərlik Nəsibov Ramiq Zaman oğluna tapşırılıb.

Ramiq Nəsibov indiyədək Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. O, uzun illər xidmətin əməliyyat şöbəsinin rəisi vəzifəsini tutub.

Qeyd edək ki, bir neçə gün əvvəl 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədov vəzifəsindən azad olunaraq, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi təyin edilib.

Mövzular:
Ədliyyə Nazirliyi 15 saylı cəzaçəkmə müəssisəsi yeni rəis

Digər Xəbərlər