Tələbəni zorla maşına mindirərək qaçırıb 3-cü mərtəbədən ATDILAR - ŞOK OLAY
Türkiyədə 17 yaşlı lisey şagirdi Dilan Bayırın 4 nəfər tərəfindən zorla maşına mindirilərək inşaat sahəsinə aparıldığı və 3-cü mərtəbədən atıldığı iddia edilir.
Ajans.az-ın xəbərinə görə, hadisədən sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən gənc qızın həyatı təhlükədə qalarkən, yas tutan ailəsi açıqlama verərək ədalətiin təmin olunmasını tələb edib.
Hadisə noyabrın 4-də Qaziantepin Şahinbey rayonunun Əbdülhəmithan məhəlləsində baş verib. İddiaya görə, 17 yaşlı Dilan dərsdən sonra 4 nəfər tərəfindən zorla maşına mindirilib. Qaçıranlar sürətlə məktəb ərazisindən uzaqlaşaraq gənc qızı kənddəki tikinti sahəsinə aparıblar.
Daha sonra Dilanın döyülərək 3-cü mərtəbədən atıldığı iddia edilib. Hadisədən sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən və bədəninin bir çox yerində ciddi sınıqlar olan gənc qızın reanimasiyada müalicəsini davam etdirdiyi öyrənilib.