Reklam resmi
Reklam resmi

Bu küçələrdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bu küçələrdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət

31 avqust saat 23:00-dan etibarən Fikrət Əmirov küçəsinin Xəqani və Nizami küçələri aralığındakı hissəsi vətəndaşların istifadəsi üçün yerüstü piyada keçidinin quraşdırılması işləri ilə əlaqədar yarışlar bitənədək nəqliyyata bağlı olacaq.

Ajans.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən  verilən məlumata görə, ərazidə yerləşən velosiped zolaqları isə işlək olacaq.

Bildirilib ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər nəzərdə tutulur.

"Sürücülərdən və piyadalardan hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur", - deyə şirkətdən bildiriblər.

Mövzular:
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Nəqliyyat Məhdudiyyət “Formula 1”

Digər Xəbərlər