Salyanda ağır yol qəzası: Ölən və xəsarət alanlar var
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Salyan rayonu, Şorsulu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, bu barədə FHN məlumat verib. Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarına aşıb, 3 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ və 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mövzular: