Reklam resmi
Reklam resmi

Bu ərazidə qaz kəsiləcək

Bu ərazidə qaz kəsiləcək
Cəmiyyət

Bu gün saat 12:00-dan Sumqayıt şəhərinin təbii qazla təchizatında məhdudiyyət olacaq.

 Bu haqda Ajans.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qas İstismar Sahəsindən məlumat verilib.

Məlumata görə, şəhərin Xəzər bağları ərazisində yerləşən Sürücülük məktəbinin yaxınlığında qazi ailəsinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatında fasilə yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Mövzular:
"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt şəhəri Qaz məhdudiyyəti

Digər Xəbərlər