Reklam resmi
Reklam resmi

Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıb

Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıb
Hadisə

Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsi yanıb.

Ajans.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Təzəkənd kəndində, Mingəçevir-Bəhramtəpə yolu üzərindəki məntəqədə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb ediliblər və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Ağcabədi

Digər Xəbərlər