Ajans.az xəbər verir ki, görüşdə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.

Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün türk dövlətləri arasında əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti bir daha qeyd edilib.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***