Sabah Binəqədinin bu ərazilərində QAZIN VERİLMƏSİNDƏ FASİLƏ YARANACAQ
Binəqədi rayonunun bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
Ajans.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bildirilən məlumata görə, Binəqədi rayonu ərazisində qaz xəttinin kipliyə sınaq olunması və siyirtmənin dəyişdirilməsi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Eyni zamanda bildirilib ki, təmir işləri aparılan müddətdə Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin və Maqsud Davudoğlu küçəsinin, Binəqədi qəsəbəsinin Həsən bəy Zərdabi, Gülüstan 8, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Əliheydər Qarayev küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Mövzular: