Reklam resmi
Reklam resmi

İran: Rusiya qazının Azərbaycan üzərindən nəqli yaxın vaxtlarda başlaya bilər

İran: Rusiya qazının Azərbaycan üzərindən nəqli yaxın vaxtlarda başlaya bilər
Gündəm

İran, Rusiya qazının Azərbaycan üzərindən nəqlinə yaxın zamanda start veriləcəyinə ümid edir.

Ajans.az xəbər verir ki,bu barədə ölkənin Rusiyadakı səfiri Kazem Cəlali TASS-a açıqlama verib.

Diplomatın sözlərinə görə, “Qazprom”la müzakirə olunan məsələlərin əksəriyyəti artıq razılaşdırılıb, yalnız qiymət məsələsi açıq qalır: “Qiymət üzrə razılıq əldə olunduqda, hər şey işə düşəcək”, – deyə Cəlali bildirib.

Xatırladaq ki, bu ilin aprelində Rusiya Energetika naziri Sergey Tsivilev tərəflərin ildə 1,8 milyard kubmetrədək qaz tədarükünün dəyəri barədə razılığa gəldiyini açıqlamışdı. Onun sözlərinə görə, tədarüklərə 2025-ci ildən başlanması planlaşdırılır.

Hələ yanvarda Moskva və Tehran qazın nəqli marşrutu ilə bağlı razılıq əldə etmişdi. Prezident Vladimir Putin isə gələcəkdə bu həcmin illik 55 milyard kubmetrə çata biləcəyini bildirmişdi.

Qeyd edək ki, ötən ilin yayında Rusiya qazının İrana tədarükünə dair memorandum imzalanmışdı. Ekspertlərin fikrincə, layihənin reallaşması “Qazprom”a qazı svop rejimində üçüncü ölkələrə satmaq imkanı yaradacaq.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya İran Azərbaycan

Digər Xəbərlər