Reklam resmi
Reklam resmi

Fındıq bağında çətənə kolu yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub

Fındıq bağında çətənə kolu yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub
Cəmiyyət

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.

Ajans.az xəbər verir ki, tədbirlərlə 50 yaşlı Nəcəf Alxasov saxlanılıb. Ona məxsus fındıq bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi aşkar olunub. N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini bildirib. Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir. \ report.az

Mövzular:
Qəbələ RPŞ Fındıq bağı DİN

Digər Xəbərlər