Reklam resmi
Reklam resmi

Havada toz müşahidə olunur

Havada toz müşahidə olunur
Gündəm

Avtomatik stansiyalardan əldə edilən məlumata görə, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

Ajans.az xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir".

Mövzular:
Havada toz Ətraf Mühitin Çirklənməsi Monitorinq Qrupu

Digər Xəbərlər