Reklam resmi
Reklam resmi

Füzulidə yanğın törədən şəxs saxlanılıb

Füzulidə yanğın törədən şəxs saxlanılıb
Hadisə

Avqustun 22-də Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Ajans.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, araşdırmalarla yanğını 33 yaşlı Zaman Məhəmmədlinin törətdiyi məlum olub. Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Mövzular:
Füzuli rayonu yanğın

Digər Xəbərlər