Reklam resmi
Reklam resmi

Peşə təhsili müəssisələrinə işə qəbul müsabiqəsinin VAKANSİYA SEÇİMİ BAŞLADI

Peşə təhsili müəssisələrinə işə qəbul müsabiqəsinin VAKANSİYA SEÇİMİ BAŞLADI
Cəmiyyət

Bu gün 2025/2026-cı il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.

Ajans.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən məlumat yayılıb. 

Bildirilib ki, test imtahanı mərhələsində uğur qazanaraq keçid balını toplayan namizədlər 25 avqust saat 18:00 tarixinədək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər.

Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə 850 namizəd vakansiya seçiminə buraxılıb.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.

Mövzular:
peşə təhsil nazirlik müəssisə ixtisas

Digər Xəbərlər