Avtomobil yük maşını ilə toqquşdu, YARALANANLAR VAR
Mingəçevir şəhərinin Naxçıvan küçəsində yol qəzası baş verib.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, "Vaz-2107" markalı avtomobili "Ford" markalı kiçiktutumlu yük maşını ilə toqquşub.
Qəzaya düşmüş minik maşının sürücüsü avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: