Reklam resmi
Reklam resmi

Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!

Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!
Gündəm

ABŞ Prezidenti Donald Tramp jurnalist Mark Levinin Yutub kanalına müsahibə verib.

Ajans.az Teleqrafa istinadən xəbər verir ki, o, burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki roluna bir daha toxunub.

Digər münaqişələr arasında Tramp burada da mühüm töhfəsi olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan sülh prosesindən danışan ABŞ prezidenti Ermənistanı “Albaniya” adlandırıb.

Tramp vurğulayıb ki, o, 34-35 il müharibə şəraitində olan Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasın

da müsbət rol oynayıb.

“Hətta bəziləri mənə deyirdilər ki, bunu həll edə bilməzsən, amma mən bunu həll etdim”, - ABŞ prezidenti əlavə edib.

Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü də xatırladıb.

Mövzular:
Donald Tramp Mark Levin

Digər Xəbərlər