Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından məlumat verilib.

Bildirilib ki, qeyd edilmiş müddət boyunca həftənin iş günlərində (iş günü elan edilmiş 16 və 23 noyabr tarixləri daxil olmaqla):

Bakıdan saat 08:10, 17:50 və 19:05,

Sumqayıtdan saat 07:20,

Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilir.

Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır.