İlham Əliyev və Paşinyan Trampın Nobel Mükafatına namizədliyini İRƏLİ SÜRƏCƏK
Ermənistan və Azərbaycan prezidentləri ABŞ-ın prezidenti Donald Trampın Nobel Mükafatına namizədliyi ilə bağlı birgə təşəbbüs irəli sürüblər.
Ajans.az xəbər verir ki,Ermənistanın baş naziri Nikol Paşinyan xalqa Armenpress-də müraciətində bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Nobel Komitəsinə rəsmi ərizə vermək barədə razılığa gəliblər
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhdə Tramp administrasiyasının rolu həlledici olub:
“Bu məsələdə ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının rolu əvəzsizdir. Məhz buna görə də biz Azərbaycan prezidenti ilə razılaşdıq ki, cənab Trampa Nobel Mükafatı verilməsi üçün Beynəlxalq Nobel Komitəsinə birgə ərizə təqdim edək.”
Baş nazir əlavə edib ki, Ermənistan ictimaiyyəti imzalanmış sülh sazişini məmnuniyyətlə qarşılayıb və sənədin bölgəyə dayanıqlı sülh gətirəcəyinə inanır.
Qeyd edək ki, Nobel Mükafatı dünyanın ən nüfuzlu beynəlxalq mükafatlarından hesab olunur və hər il sülhün təşviqinə mühüm töhfə vermiş şəxslərə təqdim edilir.