Reklam resmi
Reklam resmi

Bir ayda ikinci maqnit qasırğası Yer kürəsini vuracaq

Bir ayda ikinci maqnit qasırğası Yer kürəsini vuracaq
Gündəm

Avqustun 19-u, çərşənbə axşamı, Yer kürəsini bir ay ərzində ikinci maqnit qasırğası vuracaq. Hadisənin orta gücdə olacağı və bir-iki gün davam edəcəyi proqnozlaşdırılır.

Ajans.az İKİ RAS və ISTP SB RAS-ın Günəş astronomiya laboratoriyasına istinadən xəbər verir ki,maqnit qasırğasının səbəbi Günəşdə yaranmış nəhəng tac dəliyidir. Bu qaranlıq sahənin ölçüsü təxminən yarım milyon kilometr təşkil edir.

Günəş küləyinin sürəti bu gün ərzində artacaq və sabaha qədər saniyədə 300 km-dən 800–900 km-ə çatacaq. Yer kürəsinin maqnit sahəsinə ən güclü təsir çərşənbə axşamı gözlənilir və nəticələr çərşənbə günü hiss oluna bilər.

Qeyd edək ki, analoji maqnit tufanı avqustun 8-9-u baş vermişdi və Rusiyanın şimal-şərq bölgələrində qütb işıqları müşahidə olunmuşdu. Bu dəfə də qütb işıqları mümkündür, o cümlədən ölkənin Avropa hissəsində, xüsusilə çərşənbə axşamından çərşənbəyə keçən gecə.

Alimlər vəziyyəti izləməyə davam edir və yeni məlumatlar əldə olunduqca proqnozu yeniləyəcəklər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
maqnit qasırğası Yer kürəsi

Digər Xəbərlər