Reklam resmi
Reklam resmi

Müdafiə Nazirliyi xəbər yaydı: TƏLİM-MƏŞQ UÇUŞLARI ZAMANI…

Müdafiə Nazirliyi xəbər yaydı: TƏLİM-MƏŞQ UÇUŞLARI ZAMANI…
Cəmiyyət
314

Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Ajans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə pilotların uçuşun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanıb, daha sonra uçuş heyətləri təlimatlandırılıb.

Təlim-məşq uçuşları zamanı bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə havaya qalxma və yerə enmə, komanda-qərargah məntəqələri ilə qarşılıqlı əlaqədə hava və yerüstü hədəflərin aşkar edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, təlim-məşq uçuşlarının əsas məqsədi aviasiya bölmələrinin döyüş hazırlığının və hərbi pilotların praktiki vərdişlərinin daha da artırılmasıdır.

Mövzular:
Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları helikopter bölmələri

Digər Xəbərlər