Reklam resmi
Reklam resmi

Hərəkətdə olan avtomobil yandı - VİDEO

Hərəkətdə olan avtomobil yandı - VİDEO
Hadisə

Paytaxt sakini Gülağa Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində yanğın müşahidə edilib. Avtomobili getdikcə alovlanan sürücünün köməyinə yol polisi çatıb.

Ajans.az xəbər verir ki, ilk növbədə digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən YPX Alayının əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı, uzaq səfərlərdən öncə onları texniki müayinədən keçirməyi xahiş edir.

Çıxılmaz vəziyyətə düşməməyi, zərərə uğramamağı və ən önəmlisi sağlamlığımızın güvəndə olmasını arzu ediriksə yaşanan acı təcrübələri unutmamalıyıq!

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
yanğın avtomobil “Mercedes” markalı avtomobil

Digər Xəbərlər