Azərbaycanda vətəndaşlar polis rəhbərləri ilə birbaşa əlaqə saxlaya biləcəklər
Artıq vətəndaşlar polis orqanlarının rəhbərləri ilə yalnız “102” xidməti, rəsmi sayt və sosial şəbəkə səhifələri vasitəsilə deyil, həm də birbaşa ünsiyyət qura biləcəklər.
Ajans.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunun üçün respublikanın bütün şəhər və rayonlarında yerləşən idarə və polis bölmələrinin rəislərinin qəbuluna onlayn yazılmaq kifayətdir. Vətəndaş görüş vaxtını əvvəlcədən təyin edərək müraciətini birbaşa təqdim edə biləcək.
Qəbuldan sonra müraciət nazirlik tərəfindən dərhal nəzarətə götürüləcək, problemin operativ həlli üçün zəruri göstərişlər veriləcək və nəticə barədə vətəndaşa mütləq məlumat təqdim olunacaq.
Onlayn qəbula yazılmaq üçün E-Polis mobil tətbiqindən istifadə etmək mümkündür.
Mövzular: