Reklam resmi
Reklam resmi

Xırdalanda güclü YANĞIN

Xırdalanda güclü YANĞIN
Hadisə

Xırdalanda güclü yanğın hadisəsi baş verib, 11 ev külə dönüb.

Ajans.az Xəzər Xəbər-ə istinadən məlumat verir ki, bir evdə başlayan yanğın digər mənzillərə də keçib.

Səbəbi isə evlərin qaydaların əksinə olaraq bir-birinə bitişik tikilməsidir.

Ekspertlər deyirlər ki, belə evlər əsasən Abşeron rayonu ərazisində inşa edilir.

Əmlak ekspertləri bir daha vətəndaşları diqqətli olmağa çağırır.

Əks halda bədbəxt hadislər qaçılmaz ola bilər.

Ekspert Elnur Fərzəliyev qeyd edib ki, ən əsası isə belə evlərin sənədləşməsi zamanı da problem yaranır.

Ekspert əlavə edib ki, kommunikasiya xətlərinə yaxın olan evlərə də çıxarış verilmir.

Ajans.az Xəzər Xəbərin sujetini sizlərə təqdim edir:

Mövzular:
yanğın ev FHN xəbər

Digər Xəbərlər