Elan saytlarında vətəndaşları aldadan şəxs tutulub
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb.
Ajans.az xəəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat verib. O, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.
Mövzular: