Türkiyənin "Fənərbağça" kluba da pley-off mərhələsinə ADLAYIB
Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.
Ajans.az xəbər verir ki, İstanbul təmsilçisi buna III təsnifat mərhələsinin cavab oyununda Niderlandın “Feyenoord” kollektivinə qalib gəlməklə (5:2) nail olub.
Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan komanda növbəti raunda yüksəlib.
“Fənərbağça” pley-offda “Benfika” (Portuqaliya) - “Nitsa” (Fransa) cütünün qalibi ilə görüşəcək. Fransadakı ilk qarşılaşmada qonaqlar iki cavabsız qolla qalib gəlib.
Mövzular: