Reklam resmi
Reklam resmi

Bu əraziləri Azərbaycana qaytarmalıyıq- Nikol Paşinyan

Bu əraziləri Azərbaycana qaytarmalıyıq- Nikol Paşinyan
Gündəm
1047

“Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi davam edəcək, ölkələrin sərhədləri bərpa edilməlidir”.

Ajans.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.

Baş nazir anklavlarla bağlı da danışıb:

“Bizə məxsus olan, amma Azərbaycanın nəzarətində olan ərazilər də var, Azərbaycana məxsus, amma bizim nəzarətimizdə olan ərazilər var. Delimitasiya prosesi davam etməlidir. Harada Azərbaycana məxsus ərazilər varsa, onları qaytarmalıyıq, harada Ermənistana məxsus ərazilər varsa, onlar da bizə qaytarılmalıdır”.

Qeyd edək ki, Ermənistan ərazisində Azərbaycana qaytarılmalı olan anklav kəndlər var, söhbət Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Kərki kəndlərindən gedir. Ermənistan isə Gədəbəy rayonu ərazisində yerləşən Başkəndin ona aid olduğunu iddia edir. \ Teleqraf

Mövzular:
Ermənistan Azərbaycan Nikol Paşinyan Mətbuat konfransı

Digər Xəbərlər