Reklam resmi
Reklam resmi

Ermənistanın Baş naziri Paşinyan: Cənubi Qafqazda inkişaf baş verəcək

Ermənistanın Baş naziri Paşinyan: Cənubi Qafqazda inkişaf baş verəcək
Gündəm

Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə bildirib ki, Cənubi Qafqaz regionunda inkişafın yeni mərhələsi başlayacaq.

Ajans.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Bu görüş 30 illik münaqişəyə son qoyacaq. Buna görə ABŞ Prezidentinə təşəkkür edirik. İmzalanacaq sənədlər çərçivəsində Tramp marşrutu yaradılacaq, Naxçıvan və ümumilikdə bölgədə kommunikasiya yolları açılacaq",- o qeyd edib.

Paşinyan vurğulayıb ki, nəqliyyat və kommunikasiya sahəsində, həmçinin ərazi bütövlüyü və suverenlik çərçivəsində mühüm təşəbbüslər irəli sürülüb:

“Ermənistan Trampın “Sülh və Rifah Marşrutu”nun tamamlanması və icrası istiqamətində bərabərhüquqlu əməkdaşlıq edəcək. Bu prosesdə iqtisadi imkanların genişləndirilməsi və infrastruktur sahəsində investisiyaların qoyulmasına başlanacaq.”

"Keçmişi keçmişdə qoyaraq irəli baxırıq. Bu mərhələ Prezident Trampın şəxsi iştirakı olmadan mümkün olmazdı", - deyə Ermənistanın baş naziri vurğulayıb.

Mövzular:
görüş Ermənistan nazir ABŞ Tramp

Digər Xəbərlər