Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur keçirilib
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində elmi-innovativ sahələrdə və ictimai platformalarda fəal olan bloger və influenserlərin iştirakı ilə mediatur keçirilib. Tədbirin məqsədi peşə təhsilində son yeniliklərin, yeni ixtisasların və mövcud imkanların geniş ictimaiyyətə çatdırılması olub.
Ajans.az xəbər verir ki, görüş çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi blogerlərin suallarını cavablandırıb, peşə təhsilindəki inkişaf, yeni ixtisas istiqamətləri, tədris imkanları və beynəlxalq sertifikat proqramları barədə ətraflı məlumat verib.
Tədbirdə bildirilib ki, bu il ilk dəfə olaraq peşə təhsili alan tələbələrə dövlət nümunəli diplomla yanaşı, beynəlxalq sertifikat əldə etmək imkanı yaradılıb. Bu proqram çərçivəsində tələbələr əmək bazarında rəqabətədavamlı bilik və bacarıqlarla təchiz olunacaqlar.
Daha sonra iştirakçılar mərkəzin infrastrukturu ilə tanış olublar.
Müasir tədris avadanlıqları, praktiki təlim mühiti və texniki imkanlar barədə təqdimat keçirilib. Qeyd olunub ki, hazırda ölkə üzrə 78 peşə təhsili müəssisəsində, 152 ixtisas üzrə ümumilikdə 32 620 plan yeri üzrə qəbul həyata keçirilir. Bu yerlərin 24 280-i dövlət sifarişi, 8 340-ı isə ödənişli əsasda təklif olunur.
Beynəlxalq sertifikatlı proqramlar üzrə təklif olunan müasir ixtisaslar:
* Qrafik dizayner * Veb dizayner * Proqram təminatçısı * İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi * Aşpaz * Beynəlxalq mühasibat uçotu Bu təhsil proqramların üstünlükləri:
* Müasir tədris metodları * Güclü praktiki bacarıqların formalaşdırılması * Yüksək maaşlı iş imkanlarına çıxış * Təhsil Tələbə Krediti imkanlarından yararlanmaq imkanı
Qeydiyyat müddəti: 11 avqust saat 18:00-dək
Qəbul portalı: portal.edu.az – “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti
Qəbula kimlər müraciət edə bilər? Ümumi və ya tam orta təhsil bazasını bitirmiş şəxslər
Qəbul və qeydiyyat prosesi:
- Namizədlər maksimum 5 ixtisas seçə bilərlər * İlk və texniki səviyyə: Attestat üzrə müvafiq fənlərin orta balı * Yüksək texniki səviyyə: Buraxılış imtahanlarının nəticəsi əsasında qəbul
-





