“Araz-Naxçıvan”ın futbolçusu oyun zamanı ZƏDƏLƏNDİ
“Araz-Naxçıvan”ın futbolçusu Çarls Boli zədələnib.
Ajans.az xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dalğa Arena”da “Omoniya” (Kipr) ilə keçirilən oyununun 24-cü dəqiqəsində zədə alıb.
Birbaşa meydanı tərk edərək paltardəyişmə otağına yollanan 26 yaşlı futbolçunu Nuno Rodriqeş əvəzləyib.
Qeyd edək ki, hazırda davam edən qarşılaşmada Kipr təmsilçisi 2:0 hesabı ilə öndədir.
Mövzular: