Şəhid atası vəfat etdi - FOTO
Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası Nazim Gözəlov dünyasını dəyişib.
Ajans.az unikal-istinadən xəbər verir ki, 49 yaşlı şəhid atası bu gün müalicə olunduğu Biləsuvar Rayon Xəstəxanasında vəfat edib.Qeyd edək ki, şəhid Gözəlzadə Ceyhun Nazim oğlu 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub, kənd orta məktəbini bitirib. C. Gözəlzadə 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. Vətən müharibəsində iştirak edib, Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Mövzular: