Şəkidə dağlıq ərazidə YANĞIN BAŞLADI
Şəkidə bir sıra çöllük ərazilərdə yanğın hadisəsi qeydə alınıb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarından rayonun Cumakənd kəndinin inzibati ərazisindəki dağlıq ərazidə, kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğın başlayıb.
Artıq 8 saatdır ki, ərazidə yanğın davam edir.
Yanğının 100 hektardan çox ərazini əhatə etdiyi bildirilir.
Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50-dən çox şəxsi heyəti cəlb edilib.
Mövzular: