Mərkəzi Nəbatət Bağı ilansancma ilə bağlı məlumat yaydı
Mərkəzi Nəbatat Bağında istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür.
Ajans.az xəbər verir ki, bu barədə Mərkəzi Nəbatat Bağının azyaşlını ilan vurması ilə bağlı məsələyə münasibətində deyilir.
"Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir. Bu səbəbdən orada yaşayan Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar. Bir daha sakinlərdən və şəhərimizin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilir", - məlumatda deyilib.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında azyaşlını ilan vurması haqda xəbərlər yayılıb.
Mövzular: