Reklam resmi
Reklam resmi

"Qalatasaray" iki futbolçu ilə müqaviləni YENİLƏDİ

\"Qalatasaray\" iki futbolçu ilə müqaviləni YENİLƏDİ
İdman

Yay transfer çalışmalarına davam edən "Qalatasaray" Kaan Ayhan və Abdülkerim Bardakçı ilə müqavilə yeniləyib.

Ajans.az xəbər verir ki, bu barədə klub TFF-yə məlumat verib.

"Sarı-qırmızılı" komanda Kaan Ayhanın müqaviləsini 2028-ci ilə qədər, Abdülkerim Bardakcının sözləşməsini isə 2027-ci ilə qədər uzadıb.

2024/25 mövsümündə "Qalatasaray" forması ilə bütün yarışlarda 43 matça çıxan Kaan Ayhan 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Müqavilə müddəti uzadılan digər futbolçu Abdülkerim isə 49 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Mövzular:
Qalatasaray azarkeşləri ulduz futbol müqavilə uzadılmaq

Digər Xəbərlər