Reklam resmi
Reklam resmi

Ağdam və Füzulidə yanğınlar tam söndürülüb -FHN

Ağdam və Füzulidə yanğınlar  tam söndürülüb -FHN
Cəmiyyət

Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Ajans.az xəbər verir ki, bu barədə FHN məlumat verib. Hazırda Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsindən helikopterləri iştirak edir.

Əlavə məlumat veriləcək.

Mövzular:
Ağdam Füzuli Fövqəladə Hallar Nazirliyi

Digər Xəbərlər