Reklam resmi
Reklam resmi

Sumqayıtda AĞIR QƏZA: YARALANANLAR VAR

Sumqayıtda AĞIR QƏZA: YARALANANLAR VAR
Hadisə

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ajans.az xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb. “Kia” və “AzSamand” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsartə alıb. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir.

Mövzular:
qəza avtomobil nəfər yaralı Sumqayıt

Digər Xəbərlər