Reklam resmi
Reklam resmi

Lənkəranda meşə yanır

Lənkəranda meşə yanır
Hadisə

Lənkəranda meşə zolağında yanğın baş verib.

Ajans.az xəbər verir ki, yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus olan meşə zolağındaqeydə alınıb. Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.

Əldə etdiyimiz məlumata görə, yanğın təqribən 1 hektar ərazini əhatə edib və əsasən xəzəl yanıb. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Mövzular:
Lənkəran meşə zolağı yanğın

Digər Xəbərlər