Reklam resmi
Reklam resmi

AZAL təyyarəsini vurmağı əmr edən generalın vəzifəsi yüksəldi - FOTO

AZAL təyyarəsini vurmağı əmr edən generalın vəzifəsi yüksəldi - FOTO
Gündəm

2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinə atəş açan döyüş ekipajına rəhbərlik edən Dmitri Sergeyeviç Paladiçukun vəsifəsi yüksəldilib.

Ajans.az Bakupost.az-a istinadən xəbər verir ki, "Minval Politiko" hadisə ilə bağlı daha bir məlumat əldə edib.

Məlumata görə, AZAL-a məxsus EMBRAER 190 reysinin vurulması əmrini Hava Hücumundan Müdafiə Qoşunlarının 51-ci diviziyasının komandiri general-mayor Tolopilo verib. Bu barədə həmin əmri alaraq, kapitan Paladıçuka ötürən polkovnik-leytenant Orlyanski bildirib.

Hesabatlara görə, raket qurğusunun heyəti Tolopilonun operativ tabeliyində olub. Bu isə 16 dekabr 2024-cü il tarixli rəsmi raportla təsdiqlənib. General məsuliyyətdən yayına bilib, günahı dispetçerlərin üzərinə ataraq, raketlərin "öz-özünə məhv olduğunu" iddia edib — bu versiya daxili istintaq tərəfindən təkzib edilib.

Faciədəki roluna baxmayaraq, Tolopilo nəinki cəzalandırılıb, əksinə daha vəzifəyə yüksəldilib.

Mövzular:
Azal qəza vuran şəxs foto vəsifə yüksəliş

Digər Xəbərlər