Azərbaycan və Türkiyə arasında hərbi təhlükəsizlik üzrə MEMORANDUM İMZALANDI
“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin X hesabında paylaşım edilib.
Görüş İstanbulda keçirilən “İDEF 2025” müdafiə sənayesi sərgisi çərçivəsində baş tutub.
Görüşdə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev də iştirak edib.

Görüş zamanı hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından “IDEF 2025” sərgisinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.
Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Görüşün sonunda "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.

Ajans.az həmin paylaşımı sizlərə təqdim edir:
Millî Savunma Bakanı Yaşar Güler ile Azerbaycan Savunma Bakanı Orgeneral Zakir Hasanov, IDEF 2025 Fuarı’nda bir görüşme gerçekleştirerek müteakiben “Karşılıklı Askerî Güvenliğin Güçlendirilmesine İlişkin Mutabakat Muhtırası”nı imzaladı.@wwwmodgovaz#MillîSavunmaBakanlığı… pic.twitter.com/WPV26webGU
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) July 22, 2025