Reklam resmi
Reklam resmi

Rusiyaya aviareyslər təxirə salınıb?- AZAL-dan cavab yoxdur

Rusiyaya aviareyslər təxirə salınıb?- AZAL-dan cavab yoxdur
Cəmiyyət
469

Bu gün Rusiyaya uçmaq istəyən bəzi sərnişinlər reyslərin təxirə salınması barədə Ajans.az-a məlumat veriblər.

Ajans.az dərhal məlumatı dəqiqləşdirmək üçün AZAL-ın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdı. Lakin mətbuat katibinin telefonunun bağlı olması səbəbindən zənglərimiz cavabsız qaldı.

Hava limanı ilə də əlaqə saxlayıb məlumatı dəqiqləşdirmək cəhdlərimiz alınmadı.

Təəssüf ki, Azal ilə  əlaqə saxlamaq müşkülə çevrilib və suallarımıza cavab verəcək, bizə edilən müraciətlərin dəqiq olub olmamasını öyrənəcək rəsmi mənbə olan Azalın media təmsilçiləri ilə danışmaq hələ ki, mümkünsüzdür.

Mövzular:
AZAL Rusiya Uçuşlar

Digər Xəbərlər