Ağdaşda yol qəzası - XƏSARƏT ALANLAR VAR
Ağdaşda yol qəzası baş verib.
Ajans.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Nehrəxəlil kəndi ərazisində baş verib.
"Vaz 2106" və "Vaz 2107" markalı maşınların toqquşması nəticəsində iki nəfər yaralanıb. Onlar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Mövzular: