Ajans.az xəbər verir ki, Qazaxın rayon mərkəzinin bir neçə küçəsində və 6 yaşayış məntəqəsində yaranan fasilə bərpa edilib.

Ağstafa rayonunda isə mərkəzi küçələrlə yanaşı 3 yaşayış məntəqəsi, eləcə də ən böyük kəndlərindən biri olan Dağkəsəmən kəndində elektrik enerjisinin verilişi tam bərpa olunub.

Məlumat üçün bildirək ki, ölkənin qərb bölgəsində küləkli hava şəraiti davam edir. Əsən güclü küləyin təsiri nisbətən azalıb.

20:59

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.