Hər kəsi təəccübləndirən transfer
Real Madrid ilə olan müqaviləsi bitən İspaniya mərkəz müdafiəçisi Xesus Vallexo 2-ci Liqa klubuna transfer oldu.
Ajans.az haberglobal-a istinadən xəbər verir ki, İspaniya La Liga komandalarından Real Madrid ilə olan müqaviləsi başa çatan Xesus Vallexo rəsmən komandadan ayrıldı.
28 yaşlı müdafiəçi İspaniya La Liga 2 komandalarından Albasete ilə razılığa gəldi.
Albaseteden verilən açıqlamada Vallexo ilə 2 illik müqavilə imzalandığı bildirildi.
İspaniyalı müdafiəçi keçən mövsüm Real Madrid forması ilə 4 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib.
Mövzular: