Reklam resmi
Reklam resmi

Hərbi prokurora yeni müavin təyin edildi

Hərbi prokurora yeni müavin təyin edildi
Cəmiyyət

Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Ajans.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Baş prokurorun əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov Sumqayıt şəhərinə hərbi prokuror təyin edilib.

Baş prokurorun digər əmri ilə Nihad Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.

Mövzular:
Hərbi Prokurorluq Əmr Ağakişi Acalov

Digər Xəbərlər