Xaçmazda DƏHŞƏT- İnsanlar çimərlikdə TORA DÜŞƏ BİLƏR
Xaçmaz rayonunun Niyazoba çimərliyində balıqçı torları quraşdırılıb.
Ajans.az “7Times.az”aistinadən xəbər verir ki, çimərliyin vətəndaşlar tərəfindən istifadə olunan təhlükəsiz zonalarında yerləşdirilən balıqçı torları ciddi təhlükə mənbəyidir.
Belə ki, çimərlik zolağında balıqçılar tərəfindən insanların ümumi istifadəsində olan ərazilərdə kütləvi balıq ovu üçün nəzərdə tutulan qapan torlar yerləşdirilib. Bu isə insanların həyatı üçün birbaşa təhlükə yaradır.
Gündüz saatlarında minlərlə insanın dənizdə çimməsinə baxmayaraq, balıqçılar mühərrikli qayıqlarla çimərlik zolağında sərbəst şəkildə hərəkət edir və öz fəaliyyətlərini davam etdirirlər.
Bu gönderiyi Instagram'da gör
Mövzular: