Reklam resmi
Reklam resmi

Çoxmərtəbəli binada yanğın söndürüldü

Çoxmərtəbəli binada yanğın söndürüldü
Hadisə

Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Ajans.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin qüvvələrinin müdaxiləsi sayəsində onyeddi mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Mövzular:
Yanğın bina FHN

Digər Xəbərlər