Reklam resmi
Reklam resmi

Nazir yeni rektoru kollektivə təqdim etdi

Nazir yeni rektoru kollektivə təqdim etdi
Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 7 iyul tarixli Sərəncamına əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.

Ajans.az xəbər verir ki, iyulun 8-də səhiyyə naziri Teymur Musayev Nazim Pənahovu institutun kollektivinə təqdim edib.

Tədbirdə çıxış edən nazir dövlət başçısının imzaladığı sərəncamı diqqətə çatdıraraq, Nazim Pənahovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, Nazim Pənahov müxtəlif məsul vəzifələrdə çalışıb, o cümlədən bu təyinatadək Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru olub.

Mövzular:
Nazir təyin rektor

Digər Xəbərlər