Atəşkəs istəyi
Tramp, Qəzzada atəşkəslə bağlı danışıqlara nikbin yanaşır.
Ajans.az bbc.com-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahunu Vaşinqtonda qəbul edərkən Qəzzadakı müharibəyə son qoymaq üçün aparılan danışıqların “çox yaxşı getdiyini” bildirib.
Tramp həmçinin əminliklə bildirib ki, Həmas 21 aylıq münaqişəni bitirmək istəyir. “Onlar görüşmək və atəşkəs əldə etmək istəyirlər,” – deyə o, Ağ Evdə jurnalistlərə gözlənilməz açıqlama verib.
Bu görüş, Qətərdə İsrail və Həmas arasında dolayı atəşkəs danışıqlarının nəticəsiz bitməsindən sonra baş tutub, lakin həftə ərzində danışıqların davam edəcəyi gözlənilir.
Bazar ertəsi Trampdan jurnalist soruşdu ki, Qəzzada sülh razılaşmasının qarşısını nə alır? Tramp cavabında dedi: “Məncə, heç bir maneə yoxdur. İşlər çox yaxşı gedir.